GündəmManşet

Ter-Petrosyanın 6 il öncə hökumətə yazdığı gizli məktub: Qarabağla bağlı nələr var?

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 2015-ci ildə hökumətə ünvanladığı gizli məktubu üzə çıxıb. JAMAZ.İNFO xəbər verir ki, həmin məktubda sabiq prezident Qarabağda baş verən hadisələri əvvəlcən proqnozlaşdırıbmış. Hətta dəqiq tarxilər və onun baş vermə səbəbini də izah edibmiş.

O, özünün məktubunda yazır ki, təxminən 25 illik fasilədən sonra bu gün dünya Soyuq Müharibənin yeni mərhələsinə qədəm qoyur və onun mərkəz nöqtələrindən biri də yenidən Yaxın Şərq regionu olacaq. “Bunun əlamətləri artıq görünür. Suriya hadisələri burulğanında fəal iştirak etməklə və İranla münasibətləri gücləndirməklə, Rusiya regionda uzunmüddətli strateji maraqlarını ortaya qoymağa hazırlaşır. Belə olan halda, onun arxa cəbhəni möhkəm saxlamaq və yaxın vaxtlarda Yaxın Şərqə birbaşa bitişik ərazilərdə mövqelərini möhkəmləndirmək üçün ciddi addımlar atacağı göz qabağındadır”.

Ermənistanın keçmiş prezidenti qeyd edir ki, həmin regionlardan biri, bəlkə də ən mühümü Cənubi Qafqaz olduğundan, Rusiya Qarabağ münaqişəsinin həllini və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını özünün prioritet məsələlərindən birinə çevirəcək. “Bunu Lavrovun Bakı və İrəvana son səfərləri də sübut edir. Burada söhbət Rusiyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni proqram tətbiq etməsindən yox, yalnız Minsk Qrupu həmsədrlərinin səyləri ilə Madrid prinsiplərinə əsaslanan proqrama yeni təkan verməsindən gedir”.

Ter-Petrosyan hələ 2015-ci ildə Ermənistan hökumətinə xəbərdarlıq edib ki, İrəvan ciddi problemlərlə üzləşmək üzrədir. O, hətta Ermənistan Konstituisiya Məhkəməsinin həmin dönəmdəki sədri Qaqik Arutyunyana da məktub yazıb. “Bu gün belə həlledici məqamlardan biridir. Çünki referendum həqiqətən də Ermənistan və Qarabağı təhdid edən gözlənilməz nəticələrlə doludur. Yaxın Şərqdə və Ukraynada baş verənlər Ermənistandan yan keçməyəcək”.

Ermənistanın sabiq prezidenti 2015-ci ildə proqnozlarını belə sıralayıb: “Birincisi, beynəlxalq gərginliyin artacağı, Yaxın Şərqdə vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya Ermənistandakı hərbi bazasını gücləndirməli. Buradan da Suriya və İraqda hərbi əməliyyatlarda iştirak etməli olacaq.

İkincisi, bu o deməkdir ki, Ermənistan və onun xarici diplomatik nümayəndəlikləri anti-Rusiya qüvvələri tərəfindən düşmən kimi qiymətləndirilərək, islam terrorizminin hədəflərindən birinə çevriləcək.

Üçüncüsü, Rusiya Azərbaycanda da öz hərbi mövcudluğunu təmin etməyə çalışacaq ki, bu da 2020-21-ci illərdə mümkün olacaq. Bu, yalnız Qarabağ məsələsinin Azərbaycan üçün əlverişli şərtlərlə həll olunduğu halda mümkündür”.

Etiraf edək ki, Levon Ter-Petrosyanın hələ 2015-ci ildə hazırladığı bu məktub və açıqladığı prqonozlar tam təsdiqini tapıb. Bu gün Qarabağ məsələsi həll olunmuş hesab olunur və bunun qarşılığında Rusiya hərbi bazası Azərbaycandadır. Ermənistanın durumu göz önündədir. Yaxın Şərqdə baş verənmlər isə bütün çılpaqlığı ilə aydındır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button