Dünya
Çinlə hərbi əməkdaşlıq gücləndiriləcək – Putin
Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Tsinpin arasında videoformatda görüş keçirilib.
Jamaz.info TASS-a istinadən xəbər verir ki, görüş zamanı Putin Çin-Rusiya münasibətlərinin inkişafından danışıb.
“Geosiyasi gərginliyin artdığı vaxtda Rusiya və Çin arasında tərəfdaşlığın möhkəmləndirilməsi stabilləşdirici faktor kimi böyük önəm kəsb edir. Çin və Rusiya arasında hərbi sahədə əməkdaşlıq gücləndiriləcək. Rusiya-Çin münasibətləri bütün tarixi boyu ən yaxşı dövrünü yaşayır”, – deyə Putin qeyd edib.
Rusiya prezidenti bildirib ki, 2023-cü ildə Çin lideri ilə üzbəüz görüşəcəyinə ümid edir. O, həmkarını Moskvaya rəsmi səfərə dəvət edib.
Putin, həmçinin iki ölkə arasındakı iqtisadi əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib.(modern)