Dünya

NATO Türkiyə ilə daha güclüdür

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilin yekunları ilə bağlı jurnalistlərə müsahibə verib.

Jamaz.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir il ərzində Yunanıstanın təxribatları haqqında danışıb.

“Yunanıstanın hüquq tanımır. NATO artıq bu qudurğanlığa son verməlidir. Arzumuz Egey və Aralıq dənizlərinin dostluq dənizi olmasıdır. Yunanıstan uzlaşmaz mövqeyindən vaz keçməli və dərs götürməlidir. Unutmaq olmaz ki, NATO Türkiyə ilə daha güclüdür”, – nazir vurğulayıb.

O qeyd edib ki, 256 199 nəfərin Türkiyə sərhədlərini qanunsuz şəkildə keçməsinin qarşısı alınıb.

Akar həmçinin Suriya ilə münasibətlərə toxunub və Türkiyə, Rusiya və Suriya dövlət başçılarının gələn il görüşə biləcəyini deyib.

Rusiya-Ukrayna müharibəsinə toxunan türkiyəli nazir taxıl sazişi ilə 15 milyon tondan çox məhsulun dünyaya çatdırıldığını əlavə edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button