
Dünya
Bu vəzifə sahibləri Ermənistan ordusundan qovulacaq
Ermənistanda hərbi hissədə baş verən güclü yanğınla bağlı ordunun yüksək vəzifəli şəxslərinin vəzifədən azad edilməsi gözlənilir.
Jamaz.info xəbər verir ki, bu barədə Ermənistanın “Lurer” saytı məlumat yayıb.
Mənbənin sözlərinə görə, ikinci korpusun komandiri və silahlı qüvvələrin yanğından mühafizə xidmətinin rəisi vəzifəsindən azad ediləcək.
Qeyd edək ki, gecə saatlarında Ermənistanın hərbi hissələrindən birində yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb, yaralılar var. Yanğın gecə saat 01:30-da Geqarkunikin Azat kəndində mühəndis-istehkamçılar şirkətinin kazarmasında naməlum səbəbdən baş verib. Yanğınsöndürmə və xilasetmə tədbirlərinə baxmayaraq, tələfatın qarşısını almaq mümkün olmayıb.(publika)