Dünya

Putin hədələdi: Bu ölkə nüvə fəlakətinə hazırlaşır

Finlandiya fövqəladə hallar zamanı fərdi qoruyucu vasitələrin, ölçmə vasitələrinin, dərmanların və antidotların ehtiyatını yaradacaq.

Jamaz.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Krista Mikkonen məlumat verib.

O bildirib ki, ölkədə kimyəvi, bioloji və nüvə fəlakəti zamanı istifadə oluna bilən avadanlıq və dərman anbarları yaradılacaq. Layihənin hazırlanmasına 2020-ci ildə başlanılıb.Mütəxəssislər hesab edirlər ki, Fin anbarları sayəsində Şimali və Baltikyanı ölkələrdə strateji hazırlığı artırmaq mümkün olacaq. Layihə 242 milyon avroya başa gələcək və Avropa Komissiyası (AK) tərəfindən maliyyələşdiriləcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Qərbi nüvə müharibəsi təhlükəsini qızışdırmaqda ittiham edib. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya nüvə zərbəsinə ehtiyacı yoxdur, çünki bunun nə siyasi, nə də hərbi mənası var. Qərb isə öz növbəsində, Rusiyanın nüvə silahı istifadə edəcəyi ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, Moskva Ukrayna münaqişəsində uğursuzluğa düçar olsa, nüvə silahına əl atacaq.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button