
Dünya
Bu sualı bizə yox, Ermənistana verin – ABŞ rəsmisi imtina etdi
ABŞ Dövlət Departamenti Ermənistan-Rusiya münasibətlərini şərh etməkdən imtina edib.
Jamaz.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin əməkdaşı Ned Praysın dünən keçirdiyi mətbuat konfransında KTMT təlimlərinin Ermənistanda keçirilməməsi barədə baş nazir Nikol Paşinyanın açıqlaması və Ermənistanın ittifaq dövlətinə cəlb olunması barədə yayılan məlumatlar haqqında suala cavab verməkdən imtina olunub.
Prays bu sualı Ermənistan hökumətinə verməyi tövsiyə edib.
“Ermənistan hökumətinə müraciət etməyi tövsiyə edərdim ki, onlar öz mövqeyini açıqlasınlar”, – deyə ABŞ rəsmisi bildirib.(modern)