İqtisadiyyat

“Maaş artımı inflyasiyanın təzyiqlərini azaldacaq”

“Sosial müavinətlərin, təqaüdlərin, dövlət orqanlarında, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının 15 % artırılması müsbət haldır. Biz hətta bəzi müavinətlər üzrə 100%-ə yaxın artım müşahidə edirik ki, bu da əhalinin durumuna yaxşı təsir edəcək”.

Jamaz.info xəbər verir ki, bu fikirləri Bakupost.az -a açıqlamasında “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri, iqtisadçı ekspert Əyyub Kərimli bildirib.
Ekspertin sözlərinə görə, bu artımlar üçün il ərzində ölkə büdcəsindən 750 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub:
“Artımlar 2 milyona yaxın insana şamil olunacaq. Bu ilin büdcəsində bildiyimiz kimi xərclərin 45%-dən çoxu sosial təminat və sosial xərclər üçün nəzərdə tutulub. Bu da 15 milyard manatdan yuxarı vəsait deməkdir. Həmçinin sırf təqaüd və maaşların artırılmasına 1 milyard yarıma yaxın əlavə vəsaitin cəlb olunması və ya 15% artım nəzərdə tutulub. Bu ilin artımları hesab edirəm ki, inflyasiyanın təzyiqlərini azaldacaq, əhalinin rifahının yüksəlməsinə müsbət təsir göstərəcək. Həmçinin, artımlar inflyasiyanın gəlirlərə təsirini də müəyyən qədər aradan qaldıracaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button