Dünya

Baş nazir Baydenlə Ukraynaya hərbi dəstəyi müzakirə edəcək

Niderlandın baş naziri Mark Rutte ABŞ prezidenti Co Bayden ilə Ukraynaya hərbi dəstəyi müzakirə etmək üçün yanvarın 17-də ABŞ-a rəsmi səfər edəcək.
Jamaz.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Niderland Nazirlər Kabineti məlumat yayıb.

Ağ Evdən bildirilib ki, Bayden Niderland baş nazirini yanvarın 17-də qəbul edəcək.

“Baş nazir Rutte və xarici işlər naziri Hoekstra çərşənbə axşamı, yanvarın 17-də ABŞ prezidenti Bayden ilə görüşəcək”, – Niderland hökumətinin cümə günü verdiyi açıqlamada deyilir.
Qeyd edilir ki, Rutte və Hoekstra ABŞ dövlət katibi Entoni Blinkenlə də görüşəcəklər.
“Səfər zamanı digər məsələlərlə yanaşı, Ukraynaya siyasi, hərbi və humanitar səviyyədə dəstəyin koordinasiyası müzakirə olunacaq. Müdafiə və təhlükəsizlik sahəsində gələcək əməkdaşlıq və Niderland ilə ABŞ arasında ikitərəfli ticarət əlaqələrinin daha da gücləndirilməsinə toxunulacaq”, – Nazirlər Kabinetindən bildirilib.
Ukraynaya silah tədarük etdiyi üçün Rusiya bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiyanın hədəfinə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə “odla oynayır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button