Dünya

Eks-baş nazir Paşinyana: “Heç olmasa bir dəfə adam olun”

Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan hazırkı iqtidara çağırış edib.

Jamaz.info “Hraparak”a istinadən xəbər verir ki, Baqratyan Paşinyan hakimiyyətini qondarma “DQR”in müstəqilliyini tanımağa çağırıb.

“Artıq 5-ci ildir ki, siz Ermənistanın real maraqlarına qarşı çıxırsınız. Heç olmasa bir dəfə adam olun və “Artsax”ın müstəqilliyini tanıyın. Artıq vaxtımız yoxdur”, -deyə keçmiş baş nazir vurğulayıb.

Baqratyan Paşinyan hakimiyyətini qətiyyətsizlikdə suçlayıb.

Xatırladaq ki, Nikol Paşinyan dünən Qarabağda yaşayan ermənilərə müraciət edib. Baş nazir Qarabağ ermənilərini, xüsusilə də separatçıları vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb. O, eyni zamanda Azərbaycanla dialoqun vacib olduğunu vurğulayıb.

Paşinyanın açıqlaması Ermənsitanda müxalif qüvvələrin narazılığı ilə qarşılanıb.

Qeyd edək ki, Hrant Baqratyan 1993-1996-cı illərdə Ermənistanın baş naziri işləyib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button