
Dünya
Ara Zöhrabyan: “Hanı Putinin zəmanəti?”
“Şurnuxu və Vorotanın hissələri bizim Azərbaycanla düşmən münasibətdə olduğumuz halda, yenə Azərbaycana verilib. Bu şəraitdə imzalanmış bəyanata zidd olaraq, mühüm strateji yolumuzun təhvil verilməsinin hansı sözlərlə ifadə olunacağılnı bilmirəm”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan Vəkillər Palatasının keçmiş sədri Ara Zöhrabyan deyib.
O, ermənilərə müraciət edərək, “nə vaxta qədər susmağa hazırıq” sualını verib. “Əgər Paşinyan deyirsə, biz Sünikin həmin hissəsini verməsəydik, müharibə olacaqdı, bəs, Rusiya prezidentinin imzası, zəmanəti hanı? Əgər bu zəmanət deyilsə, niyə biz o bəyanatı niyə əsas tuturuq? Əgər bəyanatın bəndlərini yerinə yetirdikdən sonra, yenə də desələr ki, İrəvanı ver, sən də verəcəksən?”.