ManşetÖlkə içi

Şok iddia: Həbçilərimiz Qaragöldə erməni zabitlərini maşına bağlayaraq, ərazini “gəzdiriblər”  

Xəbər verildiyi kimi, dünən Ermənistan ordusu Qaragöl istiqamətində mövqelərimizi ələ keçirmək üçün cəhd ediblər. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib və bildirib ki, bu cəhdin qarşısı alınıb və 60-a yaxın erməni əsgəri mühasirəyə alınıb.

Həmin məlumata əsasən ermənilər Qaragöl istiqamətində əvvəlcə Ordu bölmələrimizi mühasirəyə almaq istəyiblər. Lakin əraziyə gələn Xüsusi Təyinatlı Qüvvələr qısa müddətdə düşmənin özünü mühasirəyə salıblar. Rus sülhməramlılarının xahişindən sonra isə onlar sərbəst buraxılıblar.

Caliber.az  saytı isə bununla bağlı yazıb ki, mühasirəyə düşən ermənilər soyuq havada dözülməz vəziyyətə düşüblər. Belə ki, onlar Azərbaycan əsgərlərindən donmamaları üçün isti çay və yemək istəmək məcburiyyətində qalıblar.

Bu əsnada isə erməni mənbələri başqa bir maraqlı məlumat yayıblar. JAMAZ.İNFO həmin mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun hərbçiləri dünən baş verən hadisədən sonra mühasirədə olan ermənilərə dərs keçiblər. İddialara görə, əsgərlərimiz mövqelərimizi ələ keçirmək istəyən erməni hərbçiləri əvvəlcə tərksilah ediblər. Bu vaxt tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə, erməni əsgərlərindən bir neçə nəfər, o cümlədən iki zabit yaxşıca döyülüb. Amma onların sakit dayanmadığını görən əsgərlərimiz erməniləri cəzalandırmaq və ibrəti-aləm olsun deyə başqa bir addım atıblar.

Erməni mənbələri yazır ki, Azərbaycan hərbçiləri bir neçə erməni əsgəri, habelə bir zabitin əl-qolunu bağlayaraq, onları maşının arxasına kəndirlə bağlayaraq, bir xeyli ərazini gəzdiriblər. Və yerdə qalanlara deyiblər ki, əgər bir daha belə hal təkrarlanarsa, daha canlı deyil, meyidlərini bu şəkildə ərazidə gəzdirəcəklər.

Qeyd edək ki, erməni tərəfi mütəmadi olaraq Azərbaycan Ordusu haqqında “barbar”, “vəhşi” obrazı yaratmağöa çalışır. Bu məlumat da onlardan biri hesab oluna bilər. Azərbaycan əsgəri kifayət qədər səbirli və mədənidir. Heç vaxt belə iş tutacağı da inandırıcı deyil. Ermənilərin bu açıqlaması bizə qarşı növbəti böhtandır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button