
Dünya
Almaniya Ukraynanı kəşfiyyat sistemləri ilə təchiz etməyə başladı
Almaniyanın “Rheinmetall” konserni Ukraynanı ərazilərin monitorinqi üçün avtomatlaşdırılmış kəşfiyyat sistemləri ilə təchiz etməyə başlayıb.
Jamaz.info xarici mətbuata istinadən xəbər verir ki, şirkətin məlumatına görə, sifarişin dəyəri on milyonlarla avro dəyərində vəsait təşkil edir.
Bildirilib ki, paketə mobil müşahidə qüllələri, mini dronlar, idarəetmə sistemləri və nəqliyyat vasitələri daxildir.
Qeyd edək ki, “Rheinmetall” konserni həm də “Leopard” tanklarının əsas istehsalçısı kimi tanınır.(modern)