Siyasət

Paşinyandan Ərdoğana təbrik mesajı: Onun arxasında nə dayanır?

“Paşinyan bu təbriki birbaşa deyil, ikinci və üçüncü şəxslər üzərindən etməklə əslində iki ölkə arasındakı hazırkı vəziyyətə eyham vurub”.
Jamaz.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə şəxsən deyil, xüsusi nümayəndələr vasitəsilə təbrik etməsinin arxasında hansı məqsədlər dayandığını şərh edərkən deyib. Politoloq bildirib ki, Paşinyan dövlət başçıları arasındakı münasibətlərin normallaşmasını da sürətləndirə biləcəyi mesajını verib:
“Türkiyə ilə Ermənistan arasında hazırda normallaşma prosesi gedir. Həm də rəsmi İrəvanın bu prosesdə aktivliyi daha çox müşahidə olunur. Ankaranın da prosesə münasibəti müsbətdir. Ermənistan təxribat xarakterli addım atmayacağı, Azərbaycanla münasibətləri gərginləşdirməyəcəyi təqdirdə, Ankara da İrəvanla münasibətlərin qurulmasına isti yanaşır.
Paşinyanın təbrikinə gəlincə, onun xüsusi bir mənası yoxdur. Dövlət başçılarının özəl günlərdə bir-birilərini yad etməsi normal qarşılanan hadisədir. Yəni Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi hələ davam etdiyindən o, təbriki də məhz bu istiqamətdə göndərib.
Paşinyan dövlət başçıları arasındakı münasibətlərin normallaşmasını da sürətləndirə biləcəyi mesajını verib. Türkiyə Ermənistan münasibətlərinin normallaşması region üçün mühümdür. Bu, Azərbaycanın əleyhinə deyil. Ankara İrəvanla münasibətlərdə hər zaman Bakının həssaslığını nəzərə alıb. İndi də belədir”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı doğum günü münasibətilə təbrik edib. Amma o, təbriki adi prosedurla özü birbaşa deyil, iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç vasitəsilə edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button