Dünya

210 erməni əsgərinin cəsədinin kimliyi müəyyən edilməyib

Onun sözlərinə görə, bu, bəzi əsgərlərin qalıqlarının həddən artıq zərər görməsi ilə əlaqədardır. “Bizdə heç olmasa bir dəfə müayinə olunmayan nümunə qalmayıb. Təəssüf ki, bəzi hallarda ciddi zərərlər səbəbiylə DNT analizi mümkün olmayacaq. Yüksək səviyyəli xarici institutların mütəxəssisləri ilə əlaqə saxlayırıq və kompleks tədqiqatlar aparırıq”, – Avanesyan əlavə edib.
Onun sözlərinə görə, kimliyi bilinməyən çox qalıq olmayacaq. Nazir, həmçinin mediada və sosial şəbəkələrdə aralarında azərbaycanlı əsgərlərin də ola biləcəyi qalıqların dəfn edilməsi üçün kütləvi məzarlığın yaradılması barədə yayılan şayiələri təkzib edib.
Avanesyan bildirib ki, bu anda təxminən 210 nümunənin araşdırılması üçün qarşımızda çətin iş dayanır. Ümumilikdə, DNT analizindən istifadə edilməklə 2200-dən çox şəxsin kimliyi müəyyən olunub. “DNT analizini keçmiş 2400 nümunə var idi ki, bunlardan 180 nəfərlə bağlı cavab gözləməyə davam edirik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button