Sosial

Ekspert: “İntiharların səbəbi uşaqlara qarşı diqqətsizlikdir” – VİDEO

“Turan” Agentliyinin hazırladığı “Çətin sual” verilişinin 2021-ci il 11 mart tarixli buraxılışı son vaxtlar artan intiharlara həsr edilib. Verilişdə vurğulanıb ki, martın 9-da Bakının Qobu qəsəbəsindəki məktəbin 16-17 yaşlı şagirdləri Mətanət Quliyeva və Əfruz Səmədova, bundan bir gün əvvəl Ağsuda Pərvanə Salahova, ondan da öncə tələbə Sevil Atakişiyeva intihar edib.

Verilişin qonağı olan “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bu intiharların səbəblərinə aydnlıq gətiməyə çalışıb. Onun sözlərinə görə, bəziləri intiharların səbəblərini internetdəki oyunlarda axtarır, amma bu, düzgün baxış deyil: “Əslində səbəblər ailələrdən qaynaqlanır. İntihar hadisələrinin kökü araşdırılsa, hamısı gedib ailələrə çıxır. Bu intiharlar məişət zorakılığı, ailəyə yanaşma, iqtsadi çətinliklərlə bağlı səbəblərdən qaynaqlanır”, Ağazadə intiharların səbəblərini belə izah edib.

Onun fikrincə, boşanmaların artması, qeyri-rəsmi nikahların çoxalması, uşaqlara qarşı diqqətsizlik də bu səbəblərin içindədir. Birlik sədri vurğulayır ki, uşaqların internet oyunlarına qoşulması, daha çox internetdə vaxt keçirməsi də ailədaxili boşluğun nəticəsində ortaya çıxır və bu intiharlar da həmin diqqətsizliyin, boşluğun nəticəsidir.

Ağazadə hesab edir ki, vəziyyətdən çıxa bilmək üçün reabilitasiya mərkəzləri fəaliyyət göstərməlidir, amma belə mərkəzlər yox dərəcəsindədir, həssas ailələrlə işləyən sosial işçilər institutu fəaliyyət göstərmir. Belə ailələri cəmiyyətə inteqrasiya etmək problemi yaşanır.

Birlik sədrinə görə, ailələrin sosial durumu intihara əl atmaqda əsaslı rol oynamır, amma təsiri də yox deyil. Onun düşüncəsinə görə, uşaqlara, yeniyetmələrə olan diqqətsizlikdir intiharın tablosudur.

Ağazadə deyir ki, bu məsələdə “ailə-məktəb-cəmiyyət” birgə fəlaiyyət göstərməlidir. Birlik sədri bunu da əlavə edir ki, məktəblərdə psixoloqlar fəaliyyət göstərməlidir, amma belə kütləvilik yoxdur. Bu sahədə peşəkarlar olduqca azdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button