20 rus diplomat Praqadan qovuldu: Səfirliyin önündə dava düşdü
Bu gün səhər saatlarında Rusiyanın Çexiyadakı səfirliyinin önündə dava düşüb. JAMAZ.İNFO xəbər verir ki, Rusiya əleyhidarları ilə tərəfdarları arasında yaşanan qarşıdurmaya polis müdaxilə edib.
Məlumata görə, 100-ə yaxın iştirakçı səfirliyin önünə çıxaraq, rus diplomatların ölkədən çıxarılmasına etiraz ediblər. Bunun ardından diplomatların qovulmasını tələb edənlər də binanın önünə yığışmağa başlayıblar. Nəticədə qruplar arasında dava düşüb. Polisin müdaxiləsindən sonra ortalığı sakitləşdirmək mümkün olub. Bir nəfər saxlanılıb.
JAMAZ.İNFO xəbər verir ki, aprelin 17-dən başlayan Rusiya-Çexiya gərginliyi 20 rus diplomatının ölkədən qovulması ilə nəticələnib. Praqa mətbuatının yaydığı məlumata görə, diplomatların ölkədən çıxarılmasının səbəbi kimi, onların gizli şəkildə kəşfiyyatla məşğul olmaları göstərilib.