Ərdoğan: “S-400-ləri almağa dəyərdi”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Nyu York Times” qəzetinə Rusiyadan S-400 raketlərinin alınması ilə bağlı açıqlama verib. JAMAZ.İNFO xəbər verir ki, jurnalist “S-400-lərin alınması ABŞ-Türkiyə münasibətlərinə mənfi təsir göstərir. Belə bir anlaşmaya dəyərdimi?” sualına cavab olaraq Ərdoğan bildirib ki, “Bəli, dəyərdi”.
Dövlət başçısı qeyd edib ki, S-400-ləri almaq zərurətdən irəli gəlib. Onun sözlərinə görə, əgər ABŞ Patrot havadan müdafiə sistemlərini Türkiyəyə satsaydı, Rusiya ilə belə bir razılaşmaya gərək qalmayacaqdı. “ABŞ-dan dəfələrlə “Patriot” sistemlərini bizə satmasını istədik. Lakin hər dəfəsində qəbul etmədilər. Biz də müdafiəmizi gücləndirmək üçün Rusiyadan S-400 raket sistemləri aldıq”.
Ərdoğan daha sonra iki ölkə arasındakı münasibətlərə də toxunub. O deyib: “Türkiyənin ABŞ-la uzun illərə dayanan əlaqələri var. Bunun qorunaraq, gücləndirilməsi lazımdır”.