ManşetÖlkə içi

Azərbaycan erməni maşınlarını Qafan-Gorus yoluna iki saatdan bir buraxır: Gömrük Məntəqəsi tikilir

Ermənistan Milli Təhlükəsizlik Xirməti Qafan-Gorus yolunun Vorotan hissəsində və əks tərəfind postlar quraraq, ermənilərə məxsus avtomobilləri saxlayır, onlardan kalon düzəldir və Rusiya sülhməramlılarının müşayəti ilə ikitərəfli hərəkətinə icazə veririlər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Gorusun mer müavini Karen Koçaryan bildirib.

O bildirib ki, Qafan-Gorus yolu ilə hər iki tərəf üzrə hərəkət etmək üçün iki saat onları gözlədirlər. Koçaryanın dediyinə görə, rus sülhməramlıları yolun hər iki başında yanaıb və MTX-nın hazırladığı avtomobil kalonlarını müşayət etməklə məşğuldurlar. “Azərbaycanlıları özlərini çox sərbəst aparırlar. Biz isə saatlarla gözləməli oluruq. Bu nə qədər davam edəcək? İstisna etmirəm ki, sabah azərbaycanlılar ruslara da məhəl qoymayaraq, bizi də saxlayacaqlar. Hələ üstəlik bu yoldan keçdiyimizə görə, rüsum da alacaqlar”.

Gorusun mer müavini bildirib ki, hazırda Azərbaycan tərəfi yolun hər iki başında tikinti işləri aparır. “Dəqiq deyə bilmərəm ki, onlar nə tikirlər. Böyük ehtimalla ya Gömrük Keçid Məntəqəsi, ya da yanacaqdoldurma stansiyası inşa edirlər. Mənə onların nə tikməsi maraqlı deyil. Məsələ odur ki, onlar bu tikintini mənim torpağımda aparırlar”.

Koçaryan onu da deyib ki, İrana məxsus yük maşınları sözügedən yoldan istifadə etməyə davam edirlər. “Biz isə 20 maşının düzəlməsini gözləyirik ki, yolu keçək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button