
Cəmiyyət
Yol kənarında silah-sursat aşkarlandı
Şabranda yol kənarından silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a bildirilib ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Əmirxanlı kənd yolunun kənarında 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd sandıq və 9 ədəd həmin silaha məxsus patron aşkar ounaraq götürülüb.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.