Ölkə içi

Bəraət alan sabiq məmur oğlu ilə bağlı qərar tamamilə ləğv edildi

Ali Məhkəmədə 2 milyonluq dələduzluqda ittiham edilən Xətai Rayon Polis İdarəsinin keçmiş əməliyyat müvəkkili Elvin Həşimlinin barəsindəki barəsindəki hökmdən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Jamaz.info xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilib, aşağı instansiya məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Həşimli barəsində bəraət hökmü çıxarılıb. Məhkəmənin qənaətinə görə, onun zərərçəkmiş qismində tanınan Möhkəm Səmədova qarşı dələduzluq etməsi ittihamı sübuta yetirilməyib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin etməyib.
Qeyd edək ki, məhkəmədə keçirilən iclas zamanı məlum olub ki, E.Həşimli Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisinin oğlu, eyni zamanda, Xocalı Rayon İcra başçısının müavini Vahid Əliyevin kürəkənidir.
O, biznesmen M.Səmədova yalan vədlər verərək, 2,5 milyon manatı dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Qeyd edək ki, E.Həşimli vaxtilə Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı kimi çalışıb. Məlum əməli törətdikdən sonra daxili işlər orqanlarından xaric edilib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button