Cəmiyyət

Vardanyan Qarabağda “dövlət naziri” olacağını açıqladı: Noyabrdan “işə” başlayacaq

Qarabağ separatçıları uzun danışıqlardan sonra Rusiya vətəndaşı olan, erməni milyarder Ruben Vardanyanı razı sala biliblər. JAMAZ.İNFO xəbər verir ki, Vardanyan gələn aydan etibarən qondarma qurumda vəzifə sahibi olduğunu açıqlayıb.

O deyib ki, uzun-uzadı düşünməyə vaxtı yoxdur və Qarabağ ermənilərinin məsuliyyətini öz üzərinə götürməyə hazırdır. “Noyabrın əvvəlində mən rəsmi olaraq Qarabağın dövlət naziri vəzifəsini icra edəcəyəm və eyni zamanda strateji məqsədlərimizi, həlli vacib olan prioritet məsələləri təqdim edəcəyəm, həmçinin atılmalı olan ilk addımlar barədə məlumat verəcəyəm. Oktyabrın sonuna qədər komandanın və proqramlarımızın qurulmasına yönəlmiş görüşləri davam etdirəcəyəm”.

Qeyd edək ki, Vardanyanın Qarabağda “dövlət naziri” təyin edilməsi, oradakı ümumi vəziyyətə heç bir təsir etməyəcək. Ən yaxşı halda onun pullarından istifadə olunacaq. Lakin erməni siyasətçilər isə düşünürlər ki, Vardanyanın Qarabağa gəlişi daha çox pul qazanmaq üçündür. Çünki o, uzun müddət Rusiyada çirkli pulların yuyulmasını həyata keçirib və həmin prosesi sanksiya altında düşdükdən sonra Qarabağda davam etdirəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button