Cəmiyyət
Tovuz sakini minaya düşdü
Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partalıyışı baş verib.
Jamaz.info xəbər verir ki, DİN-in mətbuat xidmətinin regional qrupundan Modern.az–a bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.
Onun sol ayağından xəsarət aldığı bildirilir.
Hazırda xəstəxanada müalicəsi davam etdirilir.