Ölkə içi

Ermənistan XİN: “Kişnyovda sülh sazişinin imzalanması gündəlikdə yoxdur”

Bu gün Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva iyunun 1-də Kişnyovda Avropa Siyasi Birliyinin Sammitində Bakı ilə İrəvan arasında sülh sazinin imzalana biləcəyini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, səfir bunun üçün imkanların geniş olduğunu dilə gətirib.

Lakin Ermənistan Xarici İşlər Nazirliyi Kişnyovda hər hansı sənədin imzalanmasının gündəlikdə olmadığını bəyan edib. Nazirliyin mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması və xüsusən də “Sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” sazişlə bağlı müzakirələr davam edir. “Dəfələrlə qeyd etdiyimiz kimi, əsas məsələlər həll olunan zaman erməni tərəfi sazişi imzalamağa hazır olacaq. İnanırıq ki, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyi çərçivəsində planlaşdırılan görüş zamanı və ondan sonra onlarla bağlı müzakirələr davam etdiriləcək. Sözügedən sazişin imzalanması Kişinyovda keçiriləcək görüşün gündəliyinə daxil edilməyib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button