
Cəmiyyət
Qarabağdakı erməni “hərbçi” özünü öldürüb
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağdakı qanunsuz hərbi birləşmənin üzvü özünü öldürüb. JAMAZ.İNFO xəbər verir ki, “müqavilə əsasında” qulluq edən həmin “hərbçi” avtomat silahla sinəsindən atəş açaraq, intihar edib.
Məlumatda deyilir ki, 19 yaşlı Sarkis Qriqoryanın intihar etməsinin səbəbi məlum deyil. Hadisənin isə “səngərdə” baş verdiyi bildirilir. Belə ki, o, Azərbaycan Ordusu ilə üzbəüz mövqedə dayanırmış. Bəlli olmayan səbəbdindən silahla özünü vuraraq, öldürüb.