Cəmiyyət

Makron: “Bakı ilə İrəvan arasında sülhün əldə olunmasına çalışacağıq”

“Fransa Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması prosesi üzərində çalışacaq”. JAMAZ.İNFO xəbər verir ki, bunu Fransanın prezidenti Emmuanel Makron deyib.

O deyib ki, Dağlıq Qarabağda mədəni irsin qorunması olduqca vacibdir. Makron həmçinin Bakı və İrəvanı əsirləri geri qaytarmağa və qarşılıqlı humanitar yardımlar üçün qapıları açmağa da çağırıb. “ATƏT-in Minsk Qrupunun üzvü olaraq Fransa ordunun geri çəkilməsi və dialoqun bərpa edilməsi üçün bütün imkanlarından yararlanacaq. Əsas hədəfimiz dialoqun birbaşa tərəflər arasında olmasına nail olmaqdır. Bbir müddət əvvəl sərhəddə baş verənlər, habelə sərhəddin delimitasiyası prosesi yalnız danışıqlar yolu ilə həll olunmalıdır. Bu zaman heç bir halda gücdən istifadə etmək olmaz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button