Cəmiyyət

AXCP sədrinin müavini Səadət Partiyasında görüş keçirdi

Xəbər verdiyimiz kimi, AXCP sədrinin müavini Seymur Həzi bir müddətdir Türkiyədə səfərdədir. JAMAZ.İNFO xəbər verir ki, partiya funksioneri indiyə qədər Türkiyənin bir sıra siyasi partiyaları ilə görüşlər keçirib.

Bu gün Seymur Həzi AXCP olaraq Türkiyə siyasi partiyaları ilə görüşlərini bu gün də davam etdirib. O bildirib ki, Türkiyənin Saadət partiyası sədrinin  xarici əlaqələr üzrə  müavini Mustafa Kaya ilə partiyanın mərkəz qərargahında görüşüblər. “Regionumuzun mühüm məsələlərini müzakirə etdik. Ölkələrimizin arasında münasibətlərin xalqlarımızın arzuları çərçivəsinə qalxmasının vacibliyini vurğuladıq. Demokratik  quruculuğun problemlərin həllinə yardımçı olacağı qənaətinə gəldik. Türk dünyasının milli problemlərini və Qafqazdakı mövcud vəziyyəti müzakirə etdik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button