Cəmiyyət
DİM 8 şagirdin imtahan nəticəsini ləğv etdi
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 9-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub.
Jamaz.info xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, imtahanlarda iştirakı nəzərdə tutulan 47917 nəfərdən 385 nəfər imtahana gəlməyib. Bundan əlavə, tələb olunan imtahan qaydalarını pozduğu üçün 8 nəfərin nəticəsi ləğv olunub.