Siyasət

Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir – Türkiyəli deputat

Türkiyə müxalifətinin təmsil olunduğu “Millət İttifaqı”nın prezidentliyə vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu seçkiöncəsi “böyük layihə” adı altında video müraciət yayıb. Sözügedən videoda Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqqında xəritə əks olunub.

Prezidentliyə namizədin təqdim etdiyi xəritə birmənalı qarşılanmayıb. Belə ki, Kılıçdaroğlunun vəd etdiyi “Yeni İpək Yolu” layihəsinin Azərbaycandan keçməməsi həm Türkiyədə, həm də Azərbaycanda etiraz doğurub.

Məlumat üçün bildirək ki, xəritədə 5,5 min kilometrlik quru yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçərək Çinə birləşir. Bununla da Kılıçdaroğlu “Yeni İpək Yolu” layihəsində Azərbaycanın yer almadığını nümayiş etdirib.

Jamaz.info xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Yunus Kılıç məsələ ilə bağlı Modern.az-a bildirib ki, Türkiyənin Azərbaycanla əlaqələrini hazırda yüksək səviyyəyə çatdıran şəxslər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevdir.

“Azərbaycan və Türkiyənin əlaqələri qardaşlıqdan da öndədir. Əlaqələri yüksək səviyyədə davam etdirmək üçün ilk növbədə ölkələr arasında münasibətləri dərindən bilmək lazımdır. Kılıçdaroğlunun ölkələrimiz arasında əlaqələri gücləndirəcəyi şübhə altındadır. Bizim Kılıçdaroğlunun Türk dünyası ilə əlaqələri davam etdirməsinə dair şübhələrimiz var. Amma Türk millətinin onlara belə fürsəti verməyəcəyini də rahatlıqla deyə bilərəm”, – TBMM üzvü vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button