Siyasət

“Türkiyənin başı zəlzələyə qarışıb, gəlin Qarabağa hücum edək!” – Erməni revanşistlər

Bəzi revanşist qüvvələr Türkiyədə çoxsaylı insan ölümü ilə nəticələnmiş dağıdıcı zəlzələnin yaratdığı situasiyanı Azərbaycandan qisas almaq zamanı kimi qiymətləndirirlər.

Jamaz.info saytı xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində çıxış edən bəzi revanşistlər  və təxribatçılar bildirirlər ki, “nə qədər ki, Türkiyənin başı zəlzələyə qarışıb, Qarabağa hücum edib itirilmiş əraziləri geri qaytarmaq olar”.

Bu cür düşünənlər hesab edirlər ki, Azərbaycan 2020-ci ildə Qarabağdakı 44 günlük müharibəni Türkiyənin köməyilə qazanıb. Guya Türkiyə dəstək verməsəydi, Ermənistan Qarabağda məğlub olmayacaqdı.

Müzakirələrdən görünür ki, sosial şəbəkələrdə, Teleqram kanallarında revanşa səsləyən belə çağırışların müəllifləri olan ermənilər daha çox xaricdə yaşayanlar olsa da, Ermənistanın daxilində də onları dəstəkləyənlər var.

Məsələn, keçmiş prezidentlər Serj Sarkisyan və Robert Köçəryanın düşərgəsindən olanlar Ermənistanın baş nazir Nikol Paşinyanın zələlənin nəticələrilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vurmasını, başsağlığı verməsini və ermənilərdən ibarət xilasetmə qrupunu hadisə yerinə göndərməsini də sərt şəkildə tənqid ediblər.

Revanşistlər Paşinyanı bu addımlarına görə növbəti dəfə “satqın”, “türkpərəst” də adlandırıblar.

Bu qüvvələrin düşərgəsindən bəzi KİV-lərə verilən açıqlamalarda Paşinyan iqtidarının Türkiyə ilə müqayisədə müxalifətə daha sayğısız davrandığı vurğulanır.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button