Dünya

İranın baş qərargah rəisi: “İslam dünyasına xəyanət edən ölkələrdən hücum edilərsə, vurulacaqlar”

Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktından sonra hadisəni diqqətlə araşdırıb, terrorçunun cəzalandırılması üçün addım atmaq yerinə, İran Bakını təhdid etməklə məşğuldur. JAMAZ.İNFO xəbər verir ki, bir qədər əvvəl şəhərlərin imam cümələri bu tip bəyanatlarla çıxış edirdisə, indi estafet hərbçilərə verilib.

Bu gün İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqiri bəzi müsəlman ölkələrini “İslam dünyasına xəyanət etməkdə” ittiham edib. O, İsrailin təhdidləri barədə deyib ki, onların İrana qarşı təxribatlar həyata keçirməyə imkanları yoxdur. “Onların hücumlarına İranın hərbi hava, raket qvardiyası və digər imkanları hesabına qətiyyətlə cavab verməyə hazırdır. İsrailin mövqeləri ölkəmizdən uzaqdır. Ona görə də, təyyarələrə yanacaq doldurmaq üçün İranın hava məkanından istifadə etmək məcburiyyətindədirlər. Bu da onların “ovlanması” üçün yaxşı imkan yaradır”.

Baqiri daha sonra vurğöulayıb ki, bəzi ölkələr İslam dünyasına xəyanət etmək yolunu tutublar. “HəminSet featured image ölkələr bəzi periferik bazalarından istifadə etməyə çalışırlar. Təbii ki, biz bundan xəbərdarıq. Lakin unudurlar ki, İran hərbi doktarinasında açıq bənd var: Əgər dünyanın hər hansı yerindən İrana qarşı istifadə edilərsə, onların hamısına hücumlar ediləcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button