Dünya

Türkiyəyə qarşı xain plan: Senator “yaşıl işıq” yandırdı, ABŞ onları Yunanıstana verir

Senator Robert Menendez F-35-in Yunanıstana çatdırılmasına “yaşıl işıq” yandırıb.

Jamaz.info “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez Yunanıstana F-35 beşinci nəsil döyüş təyyarələrinin satışına “yaşıl işıq” yandırıb.

O bildirib ki, indi müdafiə müqaviləsinin ratifikasiyası zaman məsələsidir.

Menendez Vaşinqtondakı Delfi İqtisadi Forumunda deyib ki, Yunanıstana F-35 qırıcılarının tədarükünü iki gün əvvəl təsdiqləyib.

Qeyd edək ki, Yunanıstan 2022-ci il iyunun sonunda ABŞ-a beşinci nəsil F-35 qırıcılarından ibarət eskadronun alınması üçün rəsmi müraciət məktubu göndərib.

Eyni zamanda, Yunanıstan Türkiyəyə 40 ədəd F-16 Block 70 qırıcısının satışının qarşısını almağa çalışır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə əlaqə saxlamaqdan imtina etməsinin səbəblərindən biri də, onu əldə olunmuş razılaşmaları pozmasıdır.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button