Sosial

Sumqayıtda bina sakinləri qorxu içində: “Başımızı zibil, banka atır”- Şikayət

“Biz Sumqayıt şəhər, 30-cu məhəllə 2A/15 saylı binanın sakinləri təşviş və qorxu içində yaşayırıq”. JAMAZ.İNFO xəbər verir ki, bunu sözügedən ünvanda yaşayan Cəlilov Fətəli Şahgəldi oğlu göndərdiyi şikayət məktubunbda yazıb.

O bildirir ki, təşviş və qorxularına səbəb 4 mərtəbəli binanın 2-ci blokunun IV mərtəbəsində, 16-cı mənzidə yaşayan Yaşar adlı şəxsin hərəkətləridir. Belə ki, o, sakinləri təhqir edir, zibil tullantılarını, hətta şüşə bankaları eyvandan aşağı atır. “Bina sakinləri həmin blokun qarşısından keçəmyə ehtiyat edirlər. Çünki başlarına hər an nəsə düşə bilər”.

Fətəli Cəlilov iddia edir ki, Yaşar adlı şəxs vəhabi təriqətinin nümayəndəsidir. Onunla bağlı müraciət etdikləri qurumlar isə tədbir görmürlər. “Bu şəxsin nalayiq əməlləri barədə MİS-ə müraciət etsək də, tədbir görən yoxdur. MİS-in işçiləri blokun qarşısını təmizləməyə qorxurlar ki, eyvandan nəsə atar. Xəstədir, müalicə almalıdır deməklə kifayətlənirlər. Həkimlər də müalicə etmir ki, bu şəxsin yiyəsi yoxdur”.

Sumqayıt sakini ünvanladığı şikayət məktubunda qeyd edir ki, Yaşar adlı şəxsin bacısı dövlət telekanallarından birində çalışır. “Deyilənə görə, onun bacısı Məmədova Dilşad Ramil qızı AZ TV-də jurnalistdir”.

Bina sakinləri adından şikayət məktubu göndərən şəxs bildirir ki, onlar yaranmış problemlə əlaqədar hüquq mühafizə orqanlarına müraciət edərək, tədbir görmələrini xahiş edirlər. “Bizim həyətdə oynayan azyaşlı övladlarımız var. Onun qorxusundan uşaqlar həyətə oynaya bilmir ki, eyvandan onların üzərinə nəsə atacaq. Xahiş edirik, bu şəxs xəstədirsə müalicə olunsun, sağlamdırsa hüquq mühafizə orqanları barəsində tədbir görsün. Növbəti “xəstə” “Əhmədlərin” qurbanı olmaq istəmirik”.

Yazıda adları keçən şəxslərin və qurumun da mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button