Ölkə içi

XİN Bayram Məmmədov məsələsindən xəbərdardır: “Nəşin nə zaman ölkəyə gətiriləcəyi məlum deyil”

Keçmiş heykəl məhbusu Bayram Məmmədovun nəşinin Azərbaycana gətirilməsi ilə bağlı Xarici İşlər Nazirliyi araşdırma aparır. JAMAZ.İNFO xəbər verir ki, bunu Mikroskop-a açıqlamasında nazirliyin sözcüsü Leyla Abdullayeva deyib.

O bildirib ki, hadisədən xəbərdardır, amma nəşin ölkəyə nə vaxt gətiriləcəyi məlum deyil. “Bu, elə bir məsələdir ki, hazırda heç nə deyə bilməyəcəm. Çünki araşdırılmalı, yerli qurumlarla əlaqə saxlanılmalıdır. Nəşi dənizdən tapıldığı üçün cinayət elementləri varsa, araşdırılmalıdır. Bütün bu prosedur xarakterli məsələlər , təbii ki, tərəfimizdən ilk növbədə səfirliklə əlaqə yaradılıb öyrəniləcək. Daha sonra məlumat veriləcək.”

Xatırladaq ki, ictimai fəal, keçmiş siyasi məhbus Bayram Məmmədov Türkiyədə vəfat edib. Bu barədə məlumatı onun İstanbulda yaşayan dostları yayıb. Bayram Məmmədov haqda 2 maydan etibarən xəbər almaq mümkün olmayıb. Onun barədə axtarış elan etmək üçün polisə müraciət edildikdən sonra ölüm xəbəri alınıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button