Cəmiyyət

Lavrov İrəvanda qondarma “soyqırım abidəsi”nə əklil qoyacaq

Məlum olduğu kimi, mayın 6-dan etibarən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistan və Azərbaycana səfəri başlayır. JAMAZ.İNFO xəbər verir ki, nazirin İirəavana səfəri 6 maya planlaşdırılıb. Lavrov Azərbaycan isə mayın 10-11-i olacaq.

Bildirək ki, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova deyib ki, səfərdə əsas məqsəd ikitərəfli və regional əməkdaşlığın daha da genişləndirilməsi, beynəlxalq arenada birgə addımların atılması məsələsi müzakirə olunacaq. Onun sözlərinə görə, səfərdə müzakirə olunacaq əsas məsələ ilə Dağlıq Qarabağ məsələsi ilə bağlı üçtərəfli razılaşmanın yerinə yetirilmə səviyyəsi olacaq. “Görüşdə Rusiya, Azərbaycan və Ermənistanın 10 noyabr və 11 yanvar razılaşmasının yerinə yetirilmə səviyyəsi əsas müzakirə mövzusu olacaq”.

JAMAZ.İNFO xəbər verir ki, Sergey Lavrovun İrəvana səfərinin protokolu da məlum olub. 2Ssputnik Ermənistan”ın yaydığı məlumata görə, Lavrovu “Zvartnos” aeroportunda Ermənistanın XİN başçısı Ara Ayvazyan, hər iki ölkənin səfirləri Vardan Toqoyan və Sergey Kopırkin qarşılayacaqlar. Bundan sonra hər iki ölkənin XİN başçıları birgə mətbuat konfransı keçirəcəklər. Rusiya xarici siyasət idarəsinin rəhbərini həmçinin baş nazir Nikol Paşinyan da qəbul edəcək. Ardından isə Lavrov qondarma “erməni soyqırımı” “abidə”sinə, oradan da Böyük Vətən Müharibəsində ölənlər üçün ucaldılmış abidəyə əklil qoyacaq.

Lavrovun Bakıya səfərinin protokolu ilə bağlı isə hələlik rəsmi açıqlama yoxdur. Onun Şəhidlər Xiyabanı və ya Fəxri Xiyabana gedəcəyi məlum deyil. Amma məlum olan odur ki, rus naziri Bakıda XİN başçısı Ceyhun Bayramov, iki ölkənin səfirləri qarşılayacaq. Onun Prezident İlham Əliyevlə görüşəcəyi də istisna deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button