Ölkə içi

Vüqar Camal: “Təhsil bizə niyə yaşamağı yox, yarışmağı öyrədir?”

Tədqiqatçı rejissor Vüqar Camal təhsildə olan problemləri müəyyənləşdirmək üçün cəmiyyətə bəzi suallar ünvanlayıb. Daha sonra rejissor təhsildəki problemlərin səbəbini və eyni zamanda həlli yollarını göz önünə gətirmək üçün bu haqda qısa film çəkib.

JAMAZ.İNFO xəbər verir ki, rejissor filmdə dünyada baş verənlərlə bağlı məsuliyyəti öz üzərimizə götürmədikcə heç nəyi dəyişdirə bilməyəcəyimizi, təhsilin isə bu problemin həllində əsas rol oynadığını söyləyir. “Məsələn:

Təhsil bizə niyə yaşamağı yox, yarışmağı öyrədir? Niyə məktəbi bitirən uşaqlar on il oxusalar da müdrik olmağı bacarmırlar? Nədən məktəbdən məzun ola bilsək də yaşamaqdan xəbərsizik? Bir məzun niyə ilk tibbi yardım üsullarını və psixoloji üsulları, sürücülük qaydalarını bilmir. Bütün bunlar yaşamaq üçün önəmli vasitələr olsa da onlara bu məlumatlar niyə verilmir? Məktəbdə niyə ailə, sosial, dini, psixoloji, iqtisadi və ekoloji münasibətlər öyrədilmir ki? Niyə təhsil insanları bir şəxsiyyət kimi formalaşdırmır? İnsanlar bu boşluğu lazımsız məşğuliyyətlərlə niyə doldurmağa çalışır ki?”

O daha sonra davam edir: “Təhsil kitablarındakı mətn və hekayələr şagirdlərdə niyə dürüstlük, anlayış və məsuliyyət aşılaya bilmir? Niyə məktəblərdə digər insanların duyğularını anlamağa və seçimlərinə hörmət etməyi öyrətmirlər? Niyə uşaqlara tarixi hadisələrə tənqidi yanaşmağı öyrətmirlər? Onlara tarixi hadisələr məlumat yerinə fakt olaraq təqdim edilir. Bu yolla uşaqlara tarix deyil, siyasət öyrətmirlərmi? Reallıq budur ki, o hadisələr zamanı nə müəllimlər, nə də müəlliflər  orada olmamışlar.

Niyə tarix öyrədilərkən uşaqların düşüncələri ilə maraqlanmazlar. Bəs onlar bu barədə nə düşünərlər? Bu müharibələri sülh yolu ilə həll etmək üçün onlar nə edərdilər?”

Vüqar Camal qeyd edir ki, biz münaqişələri şiddət və zorakılıq olmadan həll edə bilmirik. “Qorxu olmadan yaşaya bilmirik. Özümüzə pislik etmədən yaşaya bilmirik. Qarşılıqsız sevə bilmirik. Əslində bütün bunlar yaşamağın təməl prinsipləridir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button