GündəmManşet

Rus sülhməramlıları Əsgəranda erməniləri döydülər

Dünən Xocalı rayonunun Əsgəran qəsəbəsində rus sülhməramlıları ilə ermənilər arasında insident baş verib. JAMAZ.İNFO xəbər verir ki, Əsgəranda yaşayan bir qrup erməni rus sülhməramlıları ilə mübahisə edərək, onları Azərbaycan Ordusunun qarşısını almamaqda, habelə onlardan qorxmaqda ittiham ediblər.

“КУПИ ПРОДАИ́ В АРЦАХЕ” Facebook səhifəsində yayılan məlumata görə, həmin vaxt rus əsgərləri ermənilərin hərəkətlərini önləmək üçün əvvəlcə hər hansı addım atmayıb. Lakin məsələ təhqir səviyyəsinə çatıdqdan sonra ortalıq qarışıb. Belə ki, rus sülhməramlıları onları bir sıra məsələlərdə ittiham edən ermənilərə əl qaldırmaq məcburiyyətində olublar. Nəticədə, rusları təhqir edən ermənilərdən bir neçəsi yaxşıca əzişdirilib və onlar adətləri üzrə qaçaraq, aradan çıxıblar.

Bir qədər sonra isə həmin döyülən erməninin fotoları sosial şəbəkələrin erməni seqmentində yayılıb. Təbii ki, ermənilər rusları bu hərəkətlərinə görə ittiham etməkla yanaşı, Qarabağdakı separatçıları da günahlandırıblar. Eyni zamanda, bunun qisasını alacaqlarını da vəd ediblər.

Gələn xəbərlərə görə, dünəndən etibarən Qarabağda müvəqqəti yerləşmiş rus sülhməramlılarının komandanlığı hazırlıq səviyyəsi elan edib. Əsgər və zabit heyətinə tapşırılıb ki, mümkün qədər erməni mülki əhalidən uzaq gəzsinlər, təmaslardan qaçsınlar. Bunu dünən Əsgəranda baş verən hadisədən sonra ermənilərin təxribata əl ata biləcəkləri ilə izah ediblər.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı separatçılar baş verənlərdən ciddi narahat olmağa başlayıblar. Onlar insidentin olmadığı, guya, rus sülhməramlıları ilə ermənilərin “can bir qəlbdə” olduğu təəssüratı yaratmağa çalışıblar. Elə bu səbəbdəndir ki, Xankəndindəki separatçılar ard-arda bir neçə açıqlama yayaraq, Əsgəranda baş verənlərin “yalan” olduğunu dilə gətiriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button