Qarabağdakı separatçıların əsas təbliğat maşınlarından biri olan “Operativ Qərargah” bu gündən etibarən fəaliyyətini dayandırıb. JAMAZ.İNFO xəbər verir ki, “qərargah” bununla bağlı açıqlama yayıb.
Həmin məlumatda deyilir ki, Ermənistan Hökumətinin Humanitar Mərkəzi səhiyyə, təhsil, sosial yardım və digər bu kimi məsələlər də daxil olmaqla, Qarabağdan könüllü köçmüş şəxslərin problemlərini həll edir. “Ona görə də, bundan sonra biz fəaliyyətimizi dayandırırq. Və problemlərlə bağlı Ermənistan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 saat fəaliyyət göstərən “114” qaynar xəttinə zəng edə və ya Vahid Sosial Xidmətin ərazi (vilayət) mərkəzlərinə müraciət edə bilərsiniz”.