ManşetÖlkə içi

Keçmiş deputat: “Ermənistan təcili ümummilli səfərbərlik elan etməlidir”

Son bir neçə gündə Ermənistan tərəfi Azərbaycanın guya, sərhəddə çoxlu sayda hərbi texnika və canlı qüvvə yığması barədə yalan məlumatlar yaymağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, erməni politoloqlar da iddia edirlər ki, Azərbaycan genişmiqyaslı hücuma hazırlıq görür.

Qeyd edək ki, dünən türkoloq Varujan Qeqamyan isə bir qədər də irəli gedərək, bildirib ki, guya, Azərbaycan bu dəfə Naxçıvandan hücum edəcək və Süniklə İrəvan arasında əlaqəni kəsməyə çalışacaq.

Bildirək ki, Ermənistanda gedən bu müzakirələr fonunda bəzi sarsaq bəyanatlarla çıxış edənlər də tapılır. Məsələn, keçmiş deputat Davit Ananyan öz Facebook səhifəsində yazıb ki, Azərbaycanın Ermənistanla müharibəyə hazırlaşması realdır. “Özümüz biganəliyimizlə, uzaqgörənliyimizlə, səriştəsizliyimizlə elə “əlverişli” məqam yaratmışıq ki, nəticədə, Azərbaycan və Türkiyənin Ermənistana qarşı genişmiqyaslı müharibəyə başlama ehtimalını artırmışıq”.

Ananyan deyib ki, Ermənistan hakimiyyətindən nəsə gözləmək lazım deyil. Onun sözlərinə görə, Paşinyan hökuməti İrəvan bələdiyyəsinə seçkilər, Roma Hüququ haqqında qanunun ratifikasiyası Rusiya ilə münasibətləri korlamaqla məşğuldur. “Bəs, biz nə etməliyik? Hökumətdən haray yoxdur. Biz hazırda bütün müzakirələri dayandırıb, ümummilli səfərbərlik elan etməliyik. Yeganə çıxış yolu budur”.

P.S. Burda deyiblər: “Qızı evində toydur, oğlan evinin xəbəri yox”. İndi ermənilər “müharibəyə başlayıblar”, “mübarizə aparırlar” və sairə. Bircə qalmışdı səfərbərlik etmək, onu da dilə gətirməyə başlayıblar. Əvvəla Azərbaycan müharibəyə hazırlaşmır. Hazırlaşsaydı, bunu elə bir şəkildə edərdi ki, ermənilərin ruhu belə duyuq düşməzdi. İkincisi, Azərbaycanın heç bir ölkənin torpağında gözü yoxdur. Üçüncüsü, görünən odur ki, Ermənistan bir şəkildə təxribat üçün zəmin hazırlayır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button