ManşetÖlkə içi

Erməni kisləsindən təxribat çağırışı: “Qarabağın “müstəqilliyi” uğrunda savaşın”  

Erməni kilsəsi bu gün toplaşaraq, Qarabağ və Ermənistanda baş verənlərlə bağlı bəyanat yayıb. JAMAZ.İNFO xəbər verir ki, ermənilərin həyatında mühüm rola malik olan, onları öz yalanları ilə xəstəyə çevirən kilsə bu dəfə fə ənənəsindən əl çəkməyib.

Kilsə bildirib ki, Ermənistan və Qarabağda baş verənlərdən ciddi narahatdırlar. Kilsənin “ali ruhani şurası” bəyan edib ki, guya, Azərbaycanınb verdiyi son bəyanatlar təkcə Qarabağı deyil, Ermənistanın da ərazilərini işğal etmək mqəsədi daşıyır. “Ermənistan hakimiyyətinin qeyri-mütənasib addımları isə daha çox narahatlıq doğurur. Ermənistan hakimiyyətinin Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması ilə bağlı mövqeyi qətiyyən rədd edirik. Ermənistanın suverenliyi və ərazi bütövlüyü müzakirə olunmazdır, Qarabağ ermənilərinin referendumunda reallaşan öz müqəddəratını təyinetmə hüququ mübahisəsizdir”.

Kilsə bu azmış kimi, Ermənistan, Qarabağ və diasporanın birləşməsi çağırışı da edib. “Biz 2 sentyabrda, Qarabağın “respublika günündə” onlara dəstək verir, onlarla birlikdə olduğumuzu bildiririk”.

Kilsə sonda bütün erməniləri Qarabağ üçün mübarizə aparmağa çağırıb. “Biz hamını ayıq-sayıq olmağa, biganəlikdən əl çəkməyə, vətən qarşısında məsuliyyət daşımağa və hər yerdə Qarabağın “müstəqilliyi” uğrunda mübarizə aparmağa çağırırıq”.

P.S. Bildirək ki, erməni kilsəsi bu gün erməni xalqının ideoloji cəhətdən zəhərlənməsində müstəsna rola malikdir. Uzun illərdir dini təbliğat yolu ilə beyinləri ələ keçirən kilsə, bununla erməni cəmniyyətini istədiyi kimi idarə edir. Elə son bəyanat da onu göstərir ki, erməni kilsəsi yenidən siyasi arenaya qayıtrmağa, yenidən qırğınlar törətməyə, təxribatlara rəvac verməyə hazırlaşır.

Bu yaramazlar hələ də qəbullanmaq istəmirlər ki, Qarabağ Azərbaycan torpağıdır. Başqa dövlətin ərazisinə iddia etmək, işğal etmək dünyanın heç bir yerində qəbul edilmir və cinayətdir. 30 ildir bu cinayətin başında duran erməni kilsəsi hələ də qanmır ki, verdiyi fitvalarla çoxlu sayda erməninin qanına bais olub. Üstəlik, bu həyasızlıqdan əl çəkməyin vaxtıdır. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button