ManşetSosial

Deputat 6000 manatlıq pencək geyinir – FOTO

Azərbaycanda məmurların, deputatların bahalı həyat yaşamaları sirr deyil. İndiyə qədər bir çox məmur və deputatın bahalı brend məhsullar geyindikləri barədə də çox yazılıb və bundan sonra da yazılacaq. Məsələn, bir müddət əvvəl Suraxanının icra başçısı Əziz Əzizovun bahalı gödəkçəsi və ya hazırda həbsdə olan İmişlinin sabiq icra başçısı Vilyam Hhacıyevin 5000 manatlıq kəmər taxması da bu qəbildən olandır.

JAMAZ.İNFO xəbər verir ki, yuxarıda sadaladığımız sıraya bu gün deputat Mahir Abbaszadə də daxil olub. 32gun.az xəbər portalı bununla bağlı maraqlı detallar açıqlayıb. Sayt yazır ki, millət vəkili Mahir Abbasadənin geyindiyi pencək “Stefano Ricci” şirkətinin istehsalıdır. Şəhid məzarını ziyarət edən zaman fotoaparatın obeyktivinə düşən Abbaszadənin geyindiyi həmin pencəyin qiməti 3.350 avrodur. Bu da təxminən 6000 manat edir.

Qeyd edək ki, sözügedən deputatın adı bir çox biznes qalmaqallarında çəkilib. Onun hətta təmsil etdiyi rayonda tender işləri ilə məşğul olduğuna dair iddialar da var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button