ManşetSiyasət

Erməni deputat: “Azərbaycan Qarabağda hər şeyə nəzarəti ələ keçirir”

“Azərbaycanın Ermənistanı Qarabağla birləşdirən dəhlizə, əslində isə yola nəzarəti ələ keçirmək cəhdləri kifayət qədər çətin vəziyyət yaradıb. Bu mövzuda Qqarabağdan, Rusiya sülhməramlılarından və Azərbaycandan gələn impulslar ziddiyyətlidir. Çox aydın olan yeganə şey odur ki, Azərbaycan Ermənistandan Qarabağa və əksinə yükdaşımaların həyata keçirilməsinə ən azı nəzarət funksiyası əldə etmək üçün hər şeyi edir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

O bildirib ki, bu prosesin Rusiya tərəfi ilə birgə, yoxsa başqa formatda həyata keçirilməsi önəmli deyil. “Bu addım Ermənistan və Qarabağın təhlükəsizlik sisteminə böyük zərbə, eyni zamanda, Azərbaycanın Qarabağa hakim olma prosesində böyük addım olacaq. Əgər buraya Azərbaycanın monitorinqlə bağlı ekoloji və faktiki hesablanmış siyasi addımlarını da əlavə etsək, o zaman Qarabağdakı yeraltı sərvətlərə də nəzarət mexanizminin tətbiqi ilə bağlı mənzərə tam aydın olar”.

Abramyan iddia edib ki, Ermənistan hökuməti Azərbaycanla gizli razılıq əldə edib. “Ermənistan hakimiyyəti Azərbaycanla gizli razılıq əldə edib. Məhz həmin razılaşmaya əsasən Qarabağa təzyiqləri artırır. Bu da bizim üçün arzuolunmaz proseslərin baş verməsinə gətirib çıxarır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button