ManşetMedia

Amal Kluni Vardanyanın vəkilliyini üzərinə götürüb

Azərbaycan DTX tərəfindən terrorçuluğu maliyyələşdiridyinə görə, həbs edilən Ruben Vardanyanı Amal Kluni müdafiə edəcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Oragir” saytı məlumat yayıb.

Sayt bildirib ki, bir sıra nüfuzlu şəxslər, o cümlədən vəkillər Ruben Vardanyanın müdafiəsini öhdəsinə götürmək üçün onun ailəsinə kömək təklif ediblər. “Vardanyanın ailəsi isə adıçəkilən şəxslərə təşəkkür edib və qeyd ediblər ki, Azərbaycanda saxlanılan Ruben Vardanyanın müdafiəsini tanınmış hüquq müdafiəçisi və hüquqşünas Amal Kluni həyata keçirəcək”.

Sayt idddia edib ki, Ruben Vardanyanın məhkəməsi təkcə onun azadlığa buraxılması baxımından deyil, həm də Qarabağ məsələsinin sonrakı həlli baxımından böyük əhəmiyyət kəsb edir. “Əgər hüquqşünaslar komandası ona bəraət qazandırsa və onun Azərbaycan tərəfindən qanunsuz həbs edildiyini sübut edə bilsə, bu, həm də Qarabağdan köçmüş ermənilərin geri qayıtmasına imkan verəcək beynəlxalq mexanizmlərə nail olmaq imkanı yaradacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button