İqtisadiyyat

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu həftə növbəti dəfə faiz qərarını açıqlayacaq.

Jamaz.info APA-ya istinadən xəbər verir ki, AMB-nin uçot dərəcəsi ilə bağlı qərarı inflyasiyanı cilovlamaq məqsədi daşıyır.

Ötən il AMB bu məqsədlə uçot dərəcəsini 100 baza bəndi artıraraq 8,25%-ə, bu il isə 25 baza bəndi artıraraq 8,50%-ə çatdırıb. Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 8.50%, faiz dəhlizinin aşağı həddi 6.75%, faiz dəhlizinin yuxarı həddi isə 9.5% təşkil edir.

Bununla belə, Azərbaycanda inflyasiya Mərkəzi Bankın hədəfindən (4±2%) xeyli yüksəkdir. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ilin fevral ayında inflyasiya ötən ilin fevral ayına nisbətən 14,1 faiz artıb. 2023-cü ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-fevral aylarına nisbətən 13,9 faiz yüksəlib. Bu isə Mərkəzi Bankın uçot dərəcəsini yenidən artırması ehtimalın yüksəldir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button