Dünya
Ukrayna Krımı 6 aya azad edə bilər
Ukraynanın Rusiyanın işğal etdiyi Krımı 6 aya qaytarması mümkündür.
Jamaz.info xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Oleq Jdanov deyib:
“Ukrayna Polşadan modernləşdirilmiş çoxməqsədli MiQ-29 qırıcıları alarsa, o zaman Rusiya ilə müharibədə köklü dəyişiklik baş verəcək. Əlbəttə, bundan sonra Krımı 6 ay ərzində Ukraynanın nəzarətinə qaytarmaq realdır. Bu təyyarələr o qədər modernləşdirilib ki, Rusiyanın malik olduğu hava hücumundan müdafiə sistemləri ilə asanlıqla döyüş apara bilər”.