ManşetÖlkə içi

“Stratfor”: “Qarabağ və sərhəddə hərbi toqquşma ehtimalı artıb”

“Azərbaycan öz təsir rıçaqlarını nümayiş etdirmək üçün daha çox gücdən istifadə etməyə köklənib”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Stratfor” analitik mərkəzinin məqaləsində deyilir.

Mərkəz yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Brüsseldə keçiriləcək görüşdən imtina etməsi bir tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa prezidenti Emmanuel Makronun iştirakında israr etməsinin təsiri olubsa, digər tərəfdən də Ermənistanı Qarabağı silahla təchiz etmək üçün “Laçın dəhlizi”ndən istifadə etməsi ilə bağlıdır. “Paşinyan və Əliyev noyabrda sülh danışıqları üçün Brüsseldə görüşə bilməyiblər və onların dekabr görüşünün mümkün sonrakı təxirə salınması danışıqların dalana dirəndiyinin bariz göstəricisidir. Hər iki tərəfin sülh danışıqlarında daha çox irəliləyiş əldə edə bilməməsi və Azərbaycan ritorikasının son dəyişməsi onu deməyə əsas verir ki, Azərbaycan öz təsir rıçaqlarını nümayiş etdirmək üçün gücdən istifadə etməyə getdikcə daha çox köklənib. Bu da Ermənistan-Azərbaycan sərhədində və Qarabağda hərbi toqquşmaların yenidən baş verməsi ehtimalı deməkdir”.

“Stratfor” hesab edir ki, gərginliyin artması bu ilin sonuna kimi sülh danışıqlarında irəliləyişə nail olmağı daha da çətinləşdirəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button