Sosial

Zaur Hüseynov işdən çıxarılır, yerinə namizəd bəllidir

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyində kadr dəyişikliləri ediləcəyi deyilir. 
Jamaz.info xəbər verir ki, 2014-cü ildən “Bakı Metropoliteni” QSC-nin sədri olan Zaur Hüseynovun vəzifəsindən azad olunacağı bildirilir.
Artıq sədrin yerinə namizəd də müəyyənləşib. Hələlik onun adı açıqlanmır.
Qeyd edək ki, “Bakı Metropoliteni”ndə yüksək vəzifələrdə çalışanların əksəriyyəti Zaur Hüseynova yaxınlıqları ilə seçilən keçmiş iş yoldaşları, dostları və tanışlarıdır. Bu da ciddi narazılıqlara səbəb olub.
Xatırladaq ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev 2023-cü il aprelin 26-da Prezidenti Sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib.(qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button