Sosial

Yoluxma sayı 219-a düşdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 717 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 9 nəfər COVID-19dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 332 454 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 320 708 nəfər müalicə olunaraq sağalıb, 4 860 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 886 nəfər təşkil edir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 211, bu günə qədər isə ümumilikdə 3 45 3244 test icra olunub.
Son gündə koronavirus əleyhinə 25 406 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 332, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 074 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 986 969, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 134 376, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 853 593 təşkil edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button