Sosial

Vergi ləğv edildi, mənzil kirayəsi ucuzlaşacaq? – Ekspertdən açıqlama

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əməliyyatı ƏDV-dən azad edilir. Söhbət kirayə üzrə əməliyyatın 18.0 faizlik vergidən azad edilməsindən gedir. Bu qayda artıq yanvarın 1-dən qüvvəyə minib.

Jamaz.info xəbər verir ki, məcəlləyə dəyişikliyi şərh edən iqtisadçı ekspert Rəşad Həsənov Bakupost.az -a deyib ki, vergi güzəştləri fonunda mənzillərin kirayə qiymətlərində azalma baş verə bilər.
Çünki buna qədər kirayə mənzillərin qiyməti onların maya dəyərinə 8 faizlik əlavə ilə müəyyən edilirdi. Odur ki, vergi güzəştlərinin mənzillərin xərcinə təsir edəcəyi istisna deyil:
“Məlum olduğu kimi, İpoteka və Kredit Zəmanət Fondu kommersiya məqsədilə yaradılan bir qurum deyil. Bu fondun əsas məqsədi dövlətin sosial öhdəliklərini yerinə yetirmək, o cümlədən aztəminatlı həssas sosial qrupların mənzil şəraitini yaxşılaşdırmaqdır. Bu baxımdan maya dəyərinin azalması təşviq edilən qiymətlərin aşağı salınmasını zəruri edəcək. Vergi güzəştləri fonunda mənzillərin kirayə qiymətlərinin azalması daha çox vətəndaşın bu imkandan yararlanmasına səbəb olacaq. Çünki​ aylıq ödəniş məbləğinin yüksək olması insanların mənzil sahibi olmasına əsas maneə kimi dəyərləndirilir”.
İqtisadçı bildirib ki, vergi məsələsi İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təqdim edilən evlərin qiymətində yeganə faktor deyil. Bazarda qiymət dinamikası, mənzillərin yeri də bu məsələdə rol oynayır. Çünki insanlar adətən, ilkin mənzil bazarına müraciət edirlər. Hansı ki təkrar mənzil bazarında qiymətlər daha ucuz olur. Bu da orta hesabla qiymətin artmasına gətirib çıxarır:
“Yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əməliyyatın ƏDV-dən azad edilməsi xərcləri müəyyən qədər aşağı salacaq. Ümid edirəm ki, orta və uzun müddətli dövrdəsüni formada mənzillərin maya dəyərinin artırılması ilə bağlı məqamlar ortaya çıxmayacaq. Çünki burada söhbət dövlət satınalmaları yolu ilə əldə edilən mənzillərdən gedir. Dövlət satınalmaları heç də hər zaman tam şəffaf və qənaətbəxş olmur. İnanıram ki, orta və uzun müddətli dövrdə belə neqativ uyğunlaşma halları baş verməz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button