Sosial

Ucarda sakinlər elektriksiz qalıblar? – ŞİKAYƏT

Bir qrup Ucar sakini rayonda elektrik enerjisi böhranı yaşadığını iddia edir. Onların JAMAZ.İNFO-nun elektron poçtuna göndəridkləri məktubda qeyd edilir ki, Ucar Elektrik Satışı və Təhcizatı Şəbəkəsində özbaşınalıq hökm sürür.

Oruc Məmmədov, Rasim Əliyev, Yaşar Rəhimov və Zaur Abdullayev iddia edilər ki, Ucar ESTŞ rəhbərliyinin başı pul qazanmağa qarışıb. “Bu gün rayonda elektrik verilişində uzun fasilələr yaranır. Səbəb isə izolyasiya “fincan”larının istismar müddətlərinin bitməsi, çatlaması, nəticədə içinə yağış sularının dolmasıdır. Yağış suları isə qısaqapanmalara səbəb olur. Halbuki həmin “fincan”ların dəyişdirilməsi üçün pul ayrılsa da, hamısı talan olub”.

Şikayətçilər bildirirlər ki, hazırda Ucarda 100 ev üçün nəzərədə tutulan transformatorlara 300-dən çox ev qoşulub. “Nəticədə yükləmələr yaranır. Xətlər dözmür, elektrik verilişi mümkün olmur”.

Redaksiyamıza göndərdikləri məktubda sözügedən şəxslər onu da iddi edirlər ki, Ucar şəhərinin elektrik xəttinə həttda Rəstəcə kəndini də qoşublar. Onların sözlərinə görə, bu qanunsuzdur. “Ucarın özünün elektriklə təminat məsələsində problem var. Bir də bunun üzərinə Rəstəcə kəndini də həmin xəttə qoşublar”.

Şikayətçilərin iddiasına görə, Ucar Elektrik Satışı və Təhcizatı Şəbəkəsinin rəisi Cəsur Qasımov və məsul vəzifəli şəxs Eyvaz Kərimov şəbəkəni nəzarətsiz buraxıb. “Onların başları öz əyləncələrinə qarışıb. Heç nə ilə maraqlanmırlar. Heç icra başçısı da onlara söz demir. Çünki onun da bu işlərə payı var”.

Ucar sakimləri bildirir ki, rayonda bəzi elektrik dirəkləri sovetdən qalmadır. “Ağacdan olan dirəklər çürüyüb. Elektrikin vəziyyəti belədir ki, davamlı olaraq közərir. Rayon sakinlərinin məişət texnikaları ya sıradan çıxıb, ya da işləmir. Çünki elektrikin gücü çatmır”.

Şikayətçilər “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovdan xahiş edir ki, məsələ ilə bağlı tədbir görsün.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button