Sosial
Türkiyədə uşaq evindən çıxanlar işlə təmin olunur, biz isə belə deyil – Komitə sədri
“Türkiyədə uşaq evlərindən çıxan şəxslər işlə təmin edilir, 90 faizi dövlət işinə göndərilir. Amma bizdə belə deyil”.
Jamaz.info xəbər verir ki, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin iclasında komitə sədri Hicran Hüseynova deyib.
“Biz çalışırıq ki, ailə özü o məsuliyyəti daşısın, özü uşağı böyütsün”, – deyə komitə bildirib.
Onun sözlərinə görə, uşaq evlərində nəinki valideynsiz, hətta bir və iki valideyni olan uşaqlar da var.